“Real” bunu 21-ci əsrdə ilk dəfə etdi
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunun oyunları keçirilib.
“Real” doğma meydanda “Zalsburq”u 5:1 hesabı ilə məğlub edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, “Real” və “Zalsburq” arasında ilk görüş, eyni zamanda, madridlilərin 21-ci əsrdə Avstriya klubu üzərində ilk qələbəsi olub.
“Kral klubu” sonuncu dəfə Avstriya klubunu 1998/99-cu il mövsümündə məğlub edib. Bu, “Şturm”dur və maraqlısı odur ki, həmin oyunda da hesab dünənki kimi olub – 5:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin