Benzema: “Vinisius “qızıl top”u da alacaq”
“Real”ın sabiq futbolçusu Kərim Benzema Vinisius Juniorun perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Braziliyalı hücumçu 2024-cü ilin “qızıl top”unu əldən verib, səsvermədə Rodriyə (“Mançester Siti”) məğlub olub.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, fransalı hücumçu, Vinisiusun gələcəkdə bu mükafatı qazanmaq üçün hələ vaxtının olacağını söyləyib:
“Vinisius “Real”la kuboklar qazanmalıdır. Bu, ən vacib şeydir. Sonra “qızıl top”u da alacaq, çünki o, ən yaxşısıdır”.
Benzema 2022-ci ildə “qızıl top”u qazanıb. O, 2023-cü ilin yayında “Real”dan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin