Polşa klubu cərimə olunub – Lukaşenkoya görə
UEFA, Konfrans Liqasının Minsk “Dinamo”su ilə matçda Polşa komandasının azarkeşlərinin hərəkətinə görə “Legiya”nı cərimələyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, azarkeşlər tribunalarda Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına təhqirlər yazılmış plakatlar asıblar.
Polşa mətbuatının məlumatına görə, UEFA-nın Nizam-İntizam Komitəsi “Legiya”nı 17,5 min avro cərimələyib. Cərimənin səbəbi “idman tədbirinin xarakterinə uyğun olmayan mesaj”dır.
Noyabrın 7-də Varşavada keçirilən görüş “Legiya”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin