“Messi və Ronaldo ilə eyni səviyyədə olmaq xoşdur” – Levandovski

“Barselona”nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasında vurduğu qolların sayının 100-ə çatmasını şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, polşalı futbolçu çox xoşbəxt olduğunu bildirib:

“Mən çox xoşbəxtəm. 100 qol gözəl göstəricidir, amma mən artıq 101 qol vurmuşam. Çempionlar Liqasında 100-dən çox qol vura biləcəyimi düşünmürdüm. Lionel Messi və Kriştiano Ronaldo ilə eyni səviyyədə olmaq xoşdur”.

“Barselona” Çempionlar Liqasının 5-ci turunda Fransa “Brest”inə 3:0 hesabı ilə qalib gəlib. Levandovski bu oyunda iki qol vurub. O, 2022-ci ilin yayından Kataloniya klubunda forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button