“Qəbələ” 50 min manat cərimə olunacaq
Bu gün Azərbaycan Premyer Liqasında növbəti mövsümün püşkatması keçirilib.
Komanda.az xəbər verir ki, püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edib. PFL rəhbəri bildirib ki, “Qəbələ” klubu 50 min manat məbləğində cərimə olunacaq. Bunun səbəbi Qəbələ klubunun əvəzedici komandasının 2019/2020 mövsümündə 1-ci divizionda iştirakdan imtina etməsidir.
Musayev deyib ki, hər bir kluba əvəzedici komandasının 1-ci divizionda iştirakı üçün 100 min manat veriləcək.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin