Vieyra İtaliya klubunun baş məşqçisi olacaq
“Arsenal”ın sabiq yarımmüdafiəçisi Patrik Vieyra İtaliyanın “Cenoa” klubunun baş məşqçisi olacaq.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano sosial şəbəkə hesabında paylaşıb. Fransalı mütəxəssis bu postda italiyalı məşqçi Alberto Cilardinyonu əvəz edəcək.
Artıq razılıq əldə edilib və Vieyra bu həftə “Ceno”da işə başlayacaq.
48 yaşlı məşqçinin son iş yeri “Strasburq” olub.
“Cenoa” İtaliya A Seriyasında 10 xalla 17-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin