Fransa millisində son 40 ilin rekordu
Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio UEFA Millətlər Liqasında İtaliya ilə matçda erkən qol vurub. “Marsel”in futbolçusu oyunun 59-cu saniyəsində hesabı açıb.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, bu qol Fransa yığmasında son 40 ildə rəsmi səfər matçlarında (1984-cü ilin oktyabrında Patrik Battistonun Lüksemburq millisinin qapısına vurduğu qoldan sonra) ən erkən vurulan qol olub.
İtaliya – Fransa matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin