“Arsenal”la “Liverpul” 100 milyon avroluq futbolçu üçün yarışacaq

“Vest Hem”in yarımmüdafiəçisi Məhəmməd Kudus Premyer Liqanın iki klubunun maraq dairəsindədir.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, qanalı futbolçunun xidmətinə “Arsenal” və “Liverpul” maraq göstərir.

Kudusun müqaviləsində 100 milyon avro təzminat nəzərdə tutulub. “Liverpul” və “Arsenal” gələn yay 24 yaşlı yarımmüdafiəçinin müqaviləsindəki maddəni aktivləşdirməyi düşünür.

Onunla “Vest Hem” arasındakı müqavilənin müddəti 2028-ci ilin yayına kimi hesablanıb. Futbolçunun özü də Çempionlar Liqası səviyyəsində olan kluba keçmək istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button