“Nəticəyə görə məsuliyyət Ançelottinin üzərinə düşür” – Keçmiş futbolçu
“Real”ın sabiq futbolçusu Xorxe Valdano “kral klubu”nun “Barselona” və “Milan”a qarşı son matçlardakı uğursuzluqlarından danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı keçmiş futbolçu nəticəyə görə məsuliyyətin baş məşqçinin üzərinə düşdüyünü bildirib:
“Nəticəyə görə məsuliyyət baş məşqçinin üzərinə düşür. Bir şey səhv olarsa, çalışdırıcı buna görə məsuliyyət daşıyır. O, heyətin formalaşdırılmasına cavabdehdir. Bu komandada tarazlıq yoxdur”.
“Real” İspaniya çempionatında öz meydanında “Barselona”ya 0:4 hesabı ilə məğlub olub. Karlo Ançelottinin komandası UEFA Çempionlar Liqasında isə “Milan”a uduzub (1:3).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin