Mourinyo bu göstəricidə 5-ci oldu

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasında ən çox xal toplayan beş məşqçidən biri olub (turnir əvvəllər UEFA Kuboku adlanırdı).

Komanda.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, Mourinyonun komandaları ümumilikdə 124 xal toplayıb.

Portuqaliyalı çalışdırıcının rəhbərliyi altındakı komandaların qazandığı xallar yalnız Xuande Ramos (130), Jorje Jesus (149), Covanni Trapattoni (180) və Unay Emerinin (213) komandalarının qazandığı xallardan geri qalır.

“Fənərbaxça” ötən gün Avropa Liqasında “Mançester Yunayted”lə heç-heçə edib (1:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button