“Qarabağ” həqiqətləri

Rəşad Ergün

“Qarabağ” toparlanacaq.

“Qarabağ”ın futbolçuları topu hara vurmalı olduqlarını xatırlayacaqlar. “Braqa”, “Bayer”lə oyunlarda olduğu kimi.

Hə, Avropa Liqasında üç oyunda üç məğlubiyyət ağırdır. Rəqib “Tottenhem”, “Ayaks” olsa da. Məğlubiyyətlərin sayı çoxaldıqca, rəqiblərin kimliyi də önəmini itirməyə başlayır. İndi əhli Azərbaycan barmaqlarını qatlayıb “Qarabağ”ın ardıcıl uduzduğu oyunları saymaqla məşğuldur: bir, iki, üç…

Amma toparlanacaq “Qarabağ”.

Mənim tanıdığım Qurban Qurbanov heç vaxt təslim olmur.

Elə vəziyyətdir ki, “köhlən atlar”ı ardıcıl məğlubiyyətlərə görə tənqid edənləri də, müdafiə edənləri də başa düşmək olar. Medianı, azarkeşləri görmədikləri, yaşamadıqları qələbələrə öyrəşdirən “Qarabağ” özü olub. Və Avropa Liqasında mübarizə aparmaq Olimpiadaya qatılmaq deyil ki, “əsas iştirakdır” deyib, əl çalasan. Yəni, burada – Avropa Liqasındasansa, oynamalısan, savaşmalısan, nəticə qazanmalısan.

Amma və lakin…

“Qarabağ”ın rəqib olduğu klublarla büdcə müqayisəsi, ölkə çempionatları arasındakı fərqlər bir yana, ölkələrin özləri, iqtisadiyyatları, tibb, turizm, təhsil, nəqliyyat sistemi, qida sənayesi, toplum olaraq özgürlüyü, düşüncələri arasında uçurum var. Biz “Qarabağ”dan təkcə Niderland, İngiltərə, Norveç klublarına “yerini göstərməsini” tələb etmirik, dolayısı ilə həm də, azərbaycanlı olaraq niderlandlıdan, ingilisdən, norveçlidən üstün olduğumuzu sübut etməsini istəyirik. Gerçəkdən belədirmi?

“Qarabağ” toparlanacaq, mütləq toparlanacaq. Bəzi oyunçularının məsuliyyətsiz davranışlarına, Avropa Liqası ilə Azərbaycan Premyer Liqasını səhv salmalarına rəğmən, Qurban Qurbanov bu komandanı növbəti dəfə, bir daha toparlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button