ÇL: “Biz qalib gəlməli idik, amma…”

“Atletiko”nun qapıçısı Yan Oblak UEFA Çempionlar Liqasının 3-cü turunda “Lill”ə evdə məğlubiyyətdən (1:3) danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sloveniyalı futbolçu nəyinsə səhv getdiyini bildirib:

“Biz qalib gəlməli idik, amma nə isə səhv getdi. Qarşıda hələ çox matçlar var, ona görə də, biz hələ də hər şeyi yaxşılaşdıracağımıza əminik. Heç bir halda imtina etməməlisiz. “Atletiko” mübarizə aparmalı və mövqeyini yaxşılaşdırmalıdır”.

Madridlilər 3 oyundan sonra 3 xal toplayıb və turnir cədvəlinin 27-ci pilləsində qərarlaşıb. “Lill” isə 6 xalla 15-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button