“Şübhəsiz ki, Ronaldo futbol tarixinə düşəcək” – Levandovski

“Barselona”nın hücumçusu Robert Levandovski Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu, Ronaldonun 40 yaşında belə, inanılmaz iddia nümayiş etdirdiyini bildirib:

“Mən Ronaldonun karyerası ərzində nələrə nail olduğunu və rekordları ilə futbol tarixinə necə təsir etdiyini tam bilirəm. 39 yaşında, demək olar ki, 40 yaşında, o, hələ də inanılmaz iddia nümayiş etdirir. Şübhəsiz ki, Ronaldo futbol tarixinə düşəcək”.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Onun Səudiyyə Ərəbistanı klubu ilə sözləşməni daha bir mövsüm uzadacağı ilə bağlı məlumatlar var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button