“Osasuna” azarkeşləri “Barselona”ya qarşı təhqiramiz şüarlar səsləndirib

La Liqa rəhbərliyi Zorakılığa Qarşı Mübarizə Komissiyasına və İntizam Komitəsinə təqdim etdiyi, müxtəlif İspaniya komandalarının azarkeşləri tərəfindən qeyri-münasib davranış hadisələrini əks etdirən sənədi yayımlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Bildirilir ki, bu sənəddə İspaniya La Liqasının 8-ci turunda (4:2) “Osasuna” azarkeşlərinin “Barselona”ya qarşı təhqiramiz şüarlar səsləndirmələri qeyd olunub. Xüsusilə, La Liqa rəhbərliyi bu şüarı pisləyib: “Ola, ola, “Barsa” azarkeşi olmaq anormallıqdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button