Hardasan, ay Ferqyuson…

“Mançester Yunayted” Premyer Liqanın 6-cı turunun matçında evdə “Tottenhem”ə böyük hesabla uduzub (0:3).

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 2013-cü ildə Aleks Ferqyusonun gedişindən sonra İngiltərə çempionatının 424-cü matçında üç və ya daha çox qolla 23-cü məğlubiyyətini alıb. Şotlandiyalı baş məşqçinin dövründə komanda 1035 oyunda cəmi 22 belə məğlubiyyət yaşamışdı.

“Mançester Yunayted” bu mövsüm Premyer Liqada 7 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button