Daha bir tanınmış futbolçu milli karyerasını bitirdi

Müdafiəçi Xesus Navas İspaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu beynəlxalq səviyyədə çıxışını dayandırmaq qərarına gəlib.

Navas İspaniya millisinin heyətində 56 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib. O, bu yay İspaniya millisinin heyətində Avropa çempionatında çıxış edib. Finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edən ispanlar turnirin qalibi olublar.

Xesus Navas hazırda “Sevilya”da çıxış edir. Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button