“Barselona” portuqaliyalıları qaytarmaqda maraqlı deyil
Joao Feliks və Joao Kanselonun “Barselona”ya qayıtması getdikcə çətin görünür.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Kanselo və Feliks “Barselona”ya qayıtmaq istəyirlər, lakin rəhbərlik onların qayıtmasını çətin görür.
Söhbət təkcə maliyyə məsələsindən deyil, həm də, baş məşqçi Hans-Diter Flikin mövsümöncəsi təlim-məşq toplanışında yaxşı çıxış edən gənc futbolçuların portuqaliyalıları əvəz etməyə hazır olmasından gedir.
Hər iki futbolçu ötən mövsüm icarə əsasında Kataloniya klubunda çıxış edib.
“Barselona” ötən mövsüm La Liqanı ikinci yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin