Şənbə günü işləmək qadağası
“Barselona”nın stadionu “Nou Kamp”da şənbə günləri işləmək qadağan edilib.
Komanda.az “Relova”-ya istinadən xəbər verir ki, bir ay əvvəl Kataloniya klubu şənbə günü iş saatını razılaşdıra bilsə də, qrafikin aşılması ilə bağlı şikayətlər gəlməyə başlayıb və bu səbəbdən də ona dəyişiklik edilməli olub.
Buna görə, ən azı sentyabr ayına kimi şənbə günləri işin bir daha qadağan edilməsi barədə qərar qəbul edilib. “Nou Kamp”da iş saatları bazar ertəsindən cümə gününə qədər və yalnız saat 08.00-dan 20.00-a qədər olacaq.
“Barselona” 2024-cü ilin dekabrında yenidənqurmadan sonra ilk dəfə “Nou Kamp”da oynaya biləcək. İlk oyunlar üçün stadionun təxminən 60 min tamaşaçı tutacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin