“Qarabağ”ın hazırlıq planı məlum olub
“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı məlum olub.
Komnanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” iyunun 18-də Bakıda məşqlərə start verəcək.
Millilərin üzvü olan futbolçular hazırlığa ayın 23-də qoşulacaqlar.
Paytaxtdakı toplanışda iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkili nəzərdə tutulub.
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi isə 16-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin