Ançelottinin 2 “elçi”si var

“Real”ın məşqçilər heyətinin üzvü Davide Ançelotti Avropanın iki klubunun hədəfinə çevrilib.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssisi “Lester” və “Reyms” klubları dəvət etmək istəyir.

Hər iki klub hələ də baş məşqçisiz qalıb. Ançelottinin özü hələ atasının (Karlo Ançelotti) “Real”dakı məşqçilər heyətini tərk etməyə həvəsli deyil. O, ən azı 2024/25 mövsümünün sonuna qədər Madrid klubunda işləmək niyyətindədir.

“Real” ötən mövsüm İspaniya La Liqasında çempionluğu qeyd edib, həmçinin 15-ci dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button