Braziliya millisinin 40 yaşlı sabiq üzvündən klubu ilə yeni müqavilə
Fransanın “Nitsa” klubu Braziliya millisinin sabiq futbolçusu Dante ilə başa çatan müqavilə müddətini uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı oyunçu daha bir mövsüm Fransa Liqa 1-də çıxış edəcək.
2016-cı ildən “Nitsa”da forma geyinən Dante daha əvvəl “Volfsburq”, “Bayern” və “Borussiya” (Münhenqladbax) kimi klubların şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin