Reklama ehtiyacı olmayan güclü komandayla qarşılaşdıq – “Pyast”ın baş məşqçisi
Polşanın “Pyast” klubunun baş məşqçisi Valdemar Fornalik yoxlama oyununda “Qarabağ”la heç-heçə etdikləri matçdan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan Fornalik, 1:1 hesabıyla bitən matçı belə şərh edib:
“Reklama ehtiyacı olmayan çox güclü komanda ilə qarşılaşdıq. Oyunun bəzi hissələrində bərabər səviyyədə oyun sərgilədiymizi düşünürəm. İlk yarıda bir neçə epizodumuz oldu. İkinci hissə də buna bənzər oldu. “Qarabağ”ın qapısı qarşısında təhlükələr yarada bilirdik. Fiziki cəhətdən yaxşı təsir bağışladığımızı düşünürəm.
Güclü yağışın yağmasına baxmayaraq, meydanın vəziyyəti yaxşı idi. Əsas məqam odur ki, hər iki komanda bu şərtlərdə keçən oyunu zədəsiz başa vurdu. Hər bir sərt oyun zamanı həyəcanlanmalı olursan. Lakin biz sərt oynamayan rəqiblə qarşılaşdıq”.
Bizi Facebook-da izləyin