“Sabah”ın hücumçusunun cəzası açıqlandı
AFFA İntizam Komitəsi “Sabah”ın futbolçusu Davit Volkovu ikisi şərti olmaqla dörd oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna hücumçunun “Qəbələ”yə uduzduqları (0:2) Premyer Liqanın 34-cü turunun matçında birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.
Gürcüstanlı forvarda üç ay sınaq müddəti təyin edilib. Paytaxt təmsilçisi oyunçusunun hərəkətinə görə 3000 manat cərimələnib.
İntizam Komitəsi “Sumqayıt” klubuna isə 800 manat cərimə kəsib. Buna səbəb “gənclik şəhəri” təmsilçisinin “Səbail”a qalib gəldiyi (2:0) qarşılaşmadan sonra meydana kənar şəxslərin daxil olmasıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin