“Bayern” Premyer Liqa klubunun baş məşqçisi ilə maraqlanır

“Bayern” İngiltərə Premyer Liqasında çalışan baş məşqçi ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstriya millisinin baş məşqçisi Ralf Ranqnikin imtinasından sonra “Kristal Palas”a başçılıq edən Oliver Qlasner Münhen klubunun rəhbərliyi üçün prioritet namizəd olub.

“Kristal Palas” rəhbərliyi almaniyalı mütəxəssisi buraxmaqdan tamamilə imtina edir. Qlasnerin rəhbərliyi altında “Kristal Palas” bir sıra müsbət nəticələrə imza atıb. Komanda hazırda Premyer Liqada 12-ci pillədə qərarlaşıb.

Qlasner daha əvvəl Bundesliqada “Ayntraxt”a rəhbərlik edib və bu komanda ilə Avropa Liqasının qalibi olub.

Hazırda “Bayern”in “sükanı arxasında” olan Tomas Tuxel mövsümün sonunda komandadan ayrılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button