Keçmiş futbolçu Ançelottini buqələmuna bənzətdi
“Real”ın və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas Madrid klubunun baş məşqçisi Karlo Ançelottini buqələmunla müqayisə edib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunları deyib:
“Ançelotti paltardəyişmə otağında oyunçuların etimadını necə qazanacağını çox yaxşı bilir. O, buqələmun kimidir. Komandanın tərkibi dəyişə bilər, lakin o, dərhal uyğunlaşır və bu, nəticə şəklində öz bəhrəsini verir.
Ançelottinin “Real”da olması çox yaxşı haldır. Çünki o, həqiqətən də, hər şeyi yaxşı qurmağı bilir. O, İspaniyanın Madrid şəhərini sevir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin