ÇL: “Mançester Siti” “Real”la rəqabətdə “Bayern”i əvəzləyib”
İspaniya millisinin və “Real”ın sabiq qapıçısı İker Kasilyas Çempionlar Liqasının 1/4 final matçı öncəsi “Mançester Siti” haqda fikirlərini bildirib.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı keçmiş qolkiper “Mançester Siti”nin ÇL-də Almaniya klubu “Bayern”i əvəzlədiyini söyləyib:
“Mançester Siti” “Real”la rəqabətdə “Bayern”i əvəzləyib. Uzun müddət “Real”ın əsas rəqibi Münhen klubu idi, lakin son illərdə bu yeri “Mançester Siti” tutur”.
O, əlavə edib ki, “Real” və “Mançester Siti” hazırda dünyanın ən yaxşı iki komandasıdır.
Komandalar arasında ilk oyun bu gün İspaniyadakı “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Cavab matçı aprelin 17-də Mançesterdəki “Etihad Stadium”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin