Aprel ayı Azərbaycan futbolunun tarixinə düşəcək
Aprel ayı Azərbaycan futbolunun tarixinə düşəcək.
Komanda.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu gündən başlayaraq, ayın hər günündə rəsmi oyun keçiriləcək.
Bu da ölkə futbolu tarixində mütləq rekorddur. Aprelin 12 günündə Premyer Liqanın, 13 günündə Əvəzedicilər Liqasının matçı baş tutacaq. Kubok görüşləri 3 fərqli gündə olacaq. 1-ci Liqa oyunları 9, 2-ci Liqa matçları 12 günü əhatə edəcək.
Ayın 13 günündə yalnız 1 turnirin qarşılaşmaları baş tutacaq. 15 gündə 2 yarışda oyunlar keçiriləcək.
Aprelin 3-də və 29-da 3 fərqli turnirin görüşləri təşkil olunacaq.
Hər gün PFL-in bayrağı altında keçirilən ən azı bir matçın baş tutmasına martın 28-dən start verilib. Martın son 4 günündə olduğu kimi, aprel də futbolsuz olmayacaq. Bununla da oyunların keçirilməsi seriyası 34 günə çatacaq.
Seriya mayın ilk günlərinə planlaşdırılan 1-ci Liqa oyunları ilə uzana da bilər.
Bizi Facebook-da izləyin