“Mançester Yunayted” top-klubdur, lakin pis nəticələri var”
“Koventri”nin müdafiəçisi Milan van Eveyk İngiltərə kubokunun yarımfinalındakı rəqibləri olan “Mançester Yunayted” haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu yarımfinal matçları üçün püşkdən razı qaldığını bildirib:
“Püşkatma normaldır. “Mançester Siti” ilə oyunda şansımız olmayacaqdı. “Mançester Yunayted” top-klubdur, lakin pis nəticələri var”.
Komandalar arasında görüş aprelin 20-də baş tutacaq. Digər yarımfinal oyununda “Mançester Siti” və “Çelsi” üz-üzə gələcək.
“Koventri” kubok matçlarında yarımfinala kimi “Oksford” (6:2), “Şeffild” (4:1), “Meydston” (5:0) və “Vulverhempton”u (3:2) sıradan çıxarıb.
“Koventri” Çempionşipdə 38 turdan sonra 57 xalla 8-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin