“İki oyunluq cəzanın gülünc olduğunu düşünürəm” – Bellingem

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem “Valensiya” ilə oyunda (2:2) qırmızı vərəqə almasına görə 2 oyunluq cəzalandırlması barədə danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, sözügedən matçın baş hakimi Xesus Gil Mansano 90+9-cu dəqiqədə Bellingemin vurduğu qolu qeydə almayıb. Qərar bununla izah olunub ki, qol vurulmazdan əvvəl – top cərimə meydançasına ötürülərkən hakim oyunun bitdiyini bildirən final fitini səsləndirib. 

Bundan sonra “Real”ın futbolçuları hakimlə mübahisəyə başlayıblar. Sayılmayan qolun müəllifi Bellingemə isə qırmızı vərəqə göstərilib. Ötən gün futbolçunun buna görə 2 oyunluq cəzalandırıldığı açıqlanıb.

Bellingem isə açıqlamasında bunun yalnış qərar olduğunu vurğulayıb:

“Baş verənlər hakim və onun final fitini səsləndirməsi ilə bağlıdır. Unutmamalıyıq ki, o da insandır, amma mən də insanam. Hərəkətlərimi qiymətləndirmək üçün daha sağlam düşüncədən istifadə etməliyəm. Mən təhqiredici heç nə demədim, sözlərim komanda yoldaşlarımın dediklərindən fərqlənmirdi. Amma öz əməllərimə görə məsuliyyət daşıyıram. İki oyunluq cəzanın gülünc olduğunu düşünürəm. Cəza belə qalsa, mən bu məsuliyyəti qəbul etməliyəm. Onda mən “Real”ı tribunadan dəstəkləyəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button