![](https://komanda.az/wp-content/uploads/2024/02/IMG_1824-780x470.jpeg)
“Səbail”dən yeni transfer – Rəsmi
“Səbail” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Komanda.az klubun mətbuat ximətinə istinadən xəbər verir ki, Niderlandın 2-ci liqa təmsilçisi “Venlo”da çıxış etmiş Süleyman Alluş heyətə cəlb olunub.
Mərakeş əsilli cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.
22 yaşlı futbolçu Niderlandın U-17 millisi ilə Avropa çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin