“Araz-Naxçıvan”ın zədəliləri komandaya qoşuldu

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda sabah “Qəbələ” ilə qarşılaşacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.

Komanda.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təxminən 1 saat davam edən məşqdə zədə və səhhətində yaranmış problemlə əlaqədar bir neçə gündür komandadan ayrı düşən futbolçular – İsmail Azzaui və Orxan Əliyev də iştirak edib.

“Araz-Naxçıvan” – “Qəbələ” oyunu yanvarın 31-də, saat 16:00-da “Dalğa Arena”da keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə fevralın 9-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button