“Beşiktaş”ın futbolçusu Fransa klubuna keçib
“Beşiktaş” heyətdən kənarlaşdırdığı futbolçusu Valanten Rozyeni icarəyə verib.
Komanda.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransa “Nitsa”sında çıxış edəcək.
Onun maaşını Liqa 1 təmsilçisi ödəyəcək. Klub həmçinin Rozyeni birdəfəlik almaq hüququna malik olacaq.
“Beşiktaş” ötən ilin dekabrında Valanten Rozyeni əsas heyətdən kənarlaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin