Çin klubu “Qarabağ”ın futbolçusu üçün danışıqlar aparır
“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Çində davam etdirə bilər.
Komanda.az “Record” nəşrinə istinadən xəbər verir ki, “Şanxay Şenxua” 24 yaşlı futbolçu ilə maraqlanır. Çinin yüksək liqa təmsilçisinin bu transferlə bağlı Ağdam klubu ilə danışıqlar apardığı bildirilir. Ancaq danışıqların istənilən kimi getmədiyi vurğulanıb. Çünki “Qarabağ” oyunçunun komandadan ayrılmasını çətinləşdirir.
Andrade 2022-ci ildən Ağdam təmsilçisində çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin