“Daha çox şeylər qazanmaq istəyirəm” – Bellingem
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem 2023-cü ildə “Golden boy” mükafatını qazanmasını şərh edib.
Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, ingilis futbolçu ona səs verənlərə təşəkkürünü bildirib:
“Mənə səs verən hər kəsə təşəkkür etmək istəyirəm. “Birmingem”, “Borussiya” (Dortmund) və “Real” səyahətimin bir hissəsi olan hər kəsə və ən əsası, ailəmə təşəkkür edirəm. İndi “Golden boy”u qazandığım üçün öz potensialımı inkişaf etdirməyə davam etmək və daha çox şeylər qazanmaq istəyirəm”.
Bellingem bu ilin yayında “Borussiya”dan (Dortmund) “kral klubu”na keçib. 20 yaşlı oyunçu Madrid təmsilçisində çıxdığı ilk 14 matçda 13 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin