“Araz-Naxçıvan”ın legioneri fərdi məşq edir
Azərbaycan Premyer Liqasının 13-cü turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Komanda.az xəbər verir ki, komanda bu gün “Dalğa Arena”nın ehtiyat meydanında məşq keçib.
Bir neçə fiziki təmrinləri yerinə yetirən futbolçular daha sonra iki tərəfli oyunla hazırlığı yekunlaşdırıb. Zədəli olan İqor Ribeyro fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında fərdi məşq edib. Onun “Kəpəz”lə matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq.
“Araz-Naxçıvan” – “Kəpəz” oyunu noyabrın 10-da “Dalğa Arena”da saat 19:00-da keçiriləcək. “CBC Sport”la canlı yayımlanacaq matçı stadiondan izləmək istəyən azarkeşlər üçün giriş sərbəst (biletsiz) olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin