“Komandamdan çox razıyam” – Tuxel
“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya çempionatının 10-cu turunun matçında Dortmund “Borussiya”sı ilə oyunun nəticəsini (4:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandası üçün xoşbəxt olduğunu bildirib:
“İnkişafda olmamağımıza baxmayaraq, niyə bu gün qalib gəldik? Bunu Lotar Matteus dəqiq bilir. O deyilsə, o zaman Ditmar Hamann.
Komandamdan çox razıyam, hər şey əla idi. Əla oyun nümayiş etdirdik. Komandam üçün xoşbəxtəm. Çoxlu şanslar yaratdıq və qələbəyə tam layiq olduq.”
Bundesliqada 10 turdan sonra turnir cədvəlinə 28 xal toplayan “Bayer” başçılıq edir. “Bayern” 26 xalla ikinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin