“Bu, həqiqətən acıdır” – Tuxel
“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya kubokunun 1/16 final mərhələsində üçüncü liqada çıxış edən “Saarbrüken”ə (1:2) məğlubiyyətdən danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, eyni zamanda, rəqib komandanı təbrik edib:
“İkinci hissədə ayıldıq. Matçın sonunda çox acı bir “həb udmalı” olduq. Bu, qəribədir. Kifayət qədər şanslar və yarışanslar yaratdıq. Bu, həqiqətən acıdır. Biz son dərəcə məyusuq. Önə keçdik, amma sonra yaxşı oynamağı dayandırdıq. İkinci hissədə ikinci qolu vurmaq üçün bizə bir zərbə və bir az da bəxt lazım idi. Rəqibi təbrik edirik”.
Almaniya çempionatının 9 turundan sonra “Bayern” 23 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider “Bayer”dir (25 xal).
Bizi Facebook-da izləyin