Noyer “Qalatasaray”la matçda olacaq? – Açıqlama
“Bayern”in baş məşqçisi Tomas Tuxel komandanın qapıçısı Manuel Noyerin Bundesliqanın 8-ci turunun “Maynts”la oyununda iştirak etməyəcəyini bildirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis 37 yaşlı qolkiperlə bu barədə danışdığını deyib:
“Dünən onunla birlikdə qərara gəldik ki, Sven Ulrayx “Maynts”la və ola bilsin ki, İstanbulda (“Qalatasaray”la Çempionlar Liqası matçında) da oyuna çıxsın. Noyer çox yaxşı məşq etdi. Onun üçün işlər yaxşı gedir, amma tələsməməliyik”.
Almaniyalı futbolçu 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Almaniya yığması çıxışını başa vurduqdan sonra xizək kurortunda istirahət edərkən ayağını sındırmışdı. Noyerə sağ baldır sümüyünün sınığı diaqnozu qoyulmuşdu.
Bizi Facebook-da izləyin