Azərbaycanın 12 taekvondoçusu beynəlxalq turnirdə yarışacaq
Azərbaycanın 12 taekvondoçusu Dohada keçiriləcək Qətər açıq çempionatında mübarizə aparacaq.
Komanda.az xəbər verir ki, onlardan 8-i kişi, 4-ü qadın olacaq.
Üç gün davam edəcək beynəlxalq turnirdə kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov olacaq. Dohada Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Pərviz İskəndərov (63 kq), Cavad Ağayev (74 kq), Əliəskər Əliyev (74 kq), Eltac Qafarov (80 kq), Həmidreza Badrialiabadi və Milad Beiqi Harçeqani (hər ikisi +87 kq) onların sərəncamında olacaqlar.
Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park isə Minayə Əkbərova (49 kq), Səmərrux Osmanova (53 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidovaya (67 kq) güvənəcək.
G1 kateqoriyalı yarışda Azərbaycanın bütün taekvondoçuları oktyabrın 22-də güclərini sınayacaqlar.
Bizi Facebook-da izləyin