“Bayern” rəsmisindən mərakeşli futbolçunu Almaniyadan qovmaq çağırışlarına reaksiya
“Bayern” klubunun rəsmilərindən Yoahim Herrmann Bundestaqın Xristian Demokratlar İttifaqından olan iki deputatının Fələstinə verdiyi dəstəyə görə komandanın mərakeşli futbolçusu Nussair Mazraouini Almaniyadan qovmaq çağırışı haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Almaniya klubunun bu məsələ ilə özünün məşğul olmalı olduğunu söyləyib:
“Bir qayda olaraq, deportasiya yalnız yaşamaq hüququnuz olmadıqda və ağır cinayətlər törətdikdə mümkündür. Ona görə də, “Bayern” bu məsələ ilə özü məşğul olmalıdır”.
26 yaşlı mərakeşli futbolçu daha əvvəl İsraillə müharibədə fələstinlilərə dəstəyini ifadə edərək, humanitar təşəbbüslər təşkil edəcəyinə söz verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin