Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti açıqlandı
Azərbaycan millisinin Serbiyanın paytaxtı Belqradda keçiriləcək yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, yığma yarışa 17 idmançı ilə yollanacaq.
Dayanq üzərinə İlknur Əlimov (148 sm), Xəzər Həmidov (156 sm), İlyas Hətəmli, Anar Abdullazadə (hər ikisi 160 sm), Novruz Əliyev (164 sm), Əliheydər Quliyev (168 sm), Həsən Əlizadə (172 sm), Mətləb Əliyev (176 sm), Tamerlan Yaqubov (180 sm), Nuray Cəlilova (148 sm), Ləman Manafova (152 sm), Zəhra İsayeva (156 sm), Şəms Əlizadə, Humay Dadaşova (hər ikisi 160 sm), Əminə Məmmədova (164 sm), Nilufər Borci (168 sm) və Fatimə Həsənova (172 sm) çıxacaqlar.
Onlara baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Səfərov göstəriş verəcəklər. Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Oktyabrın 19-da startı veriləcək Avropa birinciliyi üç gün davam edəcək. Bu gün Belqrada yollanan Azərbaycan millisi oktyabrın 22-də Bakıya qayıdacaq.
Beynəlxalq dərəcəli hakim Coşqun Nadirov yarışın referiləri sırasında yer alacaq.
Bizi Facebook-da izləyin