Erməniyə yeni müqavilə təklif olunacaq

“İnter” yarımmüdafiəçisi Henrix Mxitaryanla müqaviləni uzatmaq istəyir.

Komanda.az “Quotidiano Sportivo”-ya istinadən xəbər verir ki, “neradzurra” erməni futbolçuya daha bir mövsüm uzatma imkanı ilə 2025-ci ilə qədər olan yeni müqavilə təklif edir. Eyni zamanda, Mxitaryanın maaşı indiki səviyyədə (ildə 3,8 milyon avro) qalacaq.

Mxitaryan cari mövsümdə “İnter”in heyətində 8 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button