Noyer qayıdır
“Bayern”in qapıçısı Manuel Noyer oktyabrın sonuna qədər meydana çıxmaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, oktyabrın 28-dən gec olmayaraq, münhenlilərin “Darmştadt”ı qəbul edəcəyi vaxt baş verəcək.
Ola bilər ki, alman qapıçı daha tez meydana çıxsın – oktyabrın 21-də “Maynts”la, ya da oktyabrın 24-də “Qalatasaray”la Çempionlar Liqası matçında.
Belə olan halda, Noyer dərhal start heyətində yer alacaq.
Xatırladaq ki, Almaniya millisi Qətərdə keçirilən dünya çempionatında çıxışını başa vurduqdan sonra Noyer dağ-xizək kurortunda istirahət edərkən ayağını sındırıb. Futbolçuya sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. O, 2022-ci il dekabrın 1-dən bəri oynamır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin