İstənilən futbolçunu sata bilər – “Barselona”
“Barselona” maliyyə problemlərinə görə istənilən futbolçunu satmağa hazır olacaq.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu 2024-cü ilin yayında bütün əsas heyət oyunçuları üçün təklifləri nəzərdən keçirə bilər. Kataloniyalılar ilk növbədə daha az oyun şansı qazanan futbolçular üçün təklifləri nəzərdən keçirəcəklər.
“Barselona” maliyyə problemləri səbəbindən son iki mövsümü yeni oyunçular almaq üçün futbolçu satmaq və ya icarəyə verməklə keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin