Luis Enrikeni belə tənqid edən olmamışdı

Fransa millisinin keçmiş futbolçusu Kristof Düqarri PSJ-nin baş məşqçisi Luis Enrikeni tənqid edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Düqarri, ispaniyalı mütəxəssisin həddindən artıq eqosu olduğunu dilə gətirib:

“Barselona”da çalışanda onun yanında idim. Onun həddindən artıq eqosu var. Nəzəriyyələrini tətbiq edib sona qədər gedəcək. O, öz ideyaları ilə öləcək. Düşünürəm ki, o, oyunçularının əsl potensialını başa düşmür”.

PSJ Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Nyukasl”a uduzub (1:4). “Nyukasl” 4 xalla F qrupunda birinci yeri tutur. PSJ (3 xal) ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button