ÇL: “Erkən qol vurmağa başlasam, daha yaxşı olar” – Bellingem

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem Çempionlar Liqasının qrup mərhəsinin 1-ci turunda “Union”la oyunu (1:0) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu gec qol vurmasından da bəhs edib:

“Biz bütün matçda üstün olduq, yaxşı qol vəziyyətləri yaratdıq. Qələbəyə layiqik. Mənim klubda inkişaf etməyimdə böyük əməyi olan hər kəsə çox minnətdaram.

Ümid edirəm ki, 90+4 və ya 90+5-ci dəqiqələrdə qol vurmağa davam edəcəm. Baxmayaraq ki, erkən qol vurmağa başlasam, daha yaxşı olar”.

20 yaşlı yarımmüdafiəçi “Union”la matçın ən yaxşı oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button