3 günlük fasilədən sonra məşqlərə davam
“Kəpəz”lə oyundan sonra 3 gün istirahət edən “Araz-Naxçıvan”ın futbolçuları bu gündən məşqlərini bərpa edib.
Komanda.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında 90 dəqiqəlik çalışma daha çox fiziki hazırlıqla bağlı təmrinlərin yerinə yetirilməsinə həsr olunub.
Gəncədəki qarşılaşmada yüngül zədələnən Turan Manafov, icazəli olan Numan Kurdiçlə İsmail Azzaui, eləcə də U-21-in düşərgəsində olan Abdulla Rzayev və Mirəli Əhmədov kollektivlə birgə hazırlığa qatılmayıb.
Komanda sabah 2 məşq keçəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin