Qavidən yeni rekord

“Barselona”nın yarımmüdafiəçisi Qavi La Liqanın 4-cü turunun “Osasuna” ilə oyunundan (2:1) sonra klubun tarixinə düşüb.

Komanda.az xəbər verir ki, bu görüş futbolçu üçün 100-cü olub. İspaniyalı oyunçu bu saya 19 yaş 28 günlüyündə olarkən çatıb. O, klub tarixində 100 oyun keçirən ən gənc futbolçu olub.

Qavi “Barselona” akademiyasının məzunudur. O, əsas komandada debütünü 29 avqust 2021-ci ildə, İspaniya çempionatında “Xetafe” ilə matçda edib. Qavi kataloniyalılarla birlikdə 2022/23 mövsümündə İspaniya çempionu və İspaniya superkubokunun sahibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button