15 ailəni dolandırmaq üçün Çinə getməyə məcbur olub
Argentinalı keçmiş hücumçu Karlos Teves bir vaxtlar Çin çempionatına keçmək qərarına gəlməsinin səbəbini açıqlayıb.
Komanda.az xəbər verir ki, keçmiş futbolçu bu barədə “tvitter” hesabında yazıb:
“Çoxu məni Çinə getdiyim üçün tənqid etdi. Amma onlar mənim tariximi bilmirlər. Karyeramın bu mərhələsində mən çoxlu pul qazandım. Amma bilirsiz nə etdim? Agentimə dedim ki, bu pula ehtiyacım yoxdur, sadəcə 15 ev alıb ailəmi Fuerte Apaçidən çıxarmaq istəyirəm.
Bunu heç kim bilmir, amma mən 15 ailəni dolandırmağa çalışıram, o cümlədən qardaşlarım, əmilərim və s. Saymağa başlasaz, təxminən 60 nəfər olacaq. Etdiyim hər şey Tevesin yeni nəslinin daha yaxşı yaşamasını, yaxşı təhsil almalarını və mənim yaşadıqlarımı yaşamamalarını təmin etmək idi”.
Teves 2017-2018-ci illərdə “Şanxay Şenxua”da çıxış edib.
Bizi Facebook-da izləyin