Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın 18 yaşadək çimərlik voleybolçuları Latviyada təşkil edilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcəklər.
Azərbaycan Voleybol Federasiyasından Komada.az-a verilən məlumata görə, yarışa bu gün start veriləcək.
Riqada baş tutacaq beynəlxalq turnirdə Azərbaycanı Oqtay Qasımov – Camal Cəlilov və Məhəmməd Aslanlı – Nəriman Bayramlıdan ibarət iki komanda təmsil edəcək.
Komandaların baş məşqçisi Cəlil Baxtiozin, meneceri isə Valeriya Romanoviçdir.
Turnir avqustun 9-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin